İnsanlara hürriyət, millətlərə istiqlal!

İran–Türkiyə xəttində gizli əməkdaşlıq: kürd terrorçu dəstələri məhv edildi

İranın qərb bölgəsində gərginlik pik həddə çatıb.

Musavat.com xəbər verir ki, yanvarın 10-na keçən gecə kürd terror qruplaşmaları İraq istiqamətindən İran ərazisinə sızmağa cəhd göstərib.

Məlumata görə, son günlər İraq tərəfindən İran ərazisinə keçən PJAK terrorçularının böyük hissəsi İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən İlam və Kirmanşah vilayətlərində zərərsizləşdirilib.

Məlumata əsasən, əməliyyatın uğurlu keçməsində Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) mühüm rol oynayıb. MİT kürd separatçıların İraq və İran ərazisindəki hərəkətlərini izləyərək əldə olunan məlumatları İran hərbi strukturlarına ötürüb. Bu koordinasiya nəticəsində silahlı dəstələr qısa müddətdə mühasirəyə alınıb və məhv edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR