İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton, Linkoln, Tramp - ABŞ prezidentlərinə dair bir cümləlik mem

ABŞ sosial şəbəkələrində yayılan bir mem Amerika tarixinin üç fərqli prezidentini cəmi bir neçə sözlə müqayisə edir. Zarafatın hədəfində ABŞ-ın ilk prezidenti Corc Vaşinqton, ölkənin ən məşhur liderlərindən Abraam Linkoln və hazırkı prezident Donald Tramp dayanır.

Memdə deyilir:

– Corc Vaşinqton – britaniyalıları məğlub etdi.

– Abraham Linkoln – kölələri azad etdi.

– Donald Tramp – özünü ictimaiyyət qarşısında çətin vəziyyətə saldı.

İlk iki ifadə ABŞ tarixinin mühüm hadisələrinə istinaddır. Vaşinqton Amerika İstiqlal müharibəsinin əsas simalarından biri kimi Britaniya hakimiyyətinə qarşı mübarizəyə rəhbərlik edib. Linkolnun adı isə ABŞ-da köləliyin ləğvi və Vətəndaş müharibəsi dövrü ilə bağlıdır.

Üçüncü ifadə isə tarixi hadisədən daha çox, Trampa qarşı sosial şəbəkələrdə yayılan siyasi satiranın nümunəsidir. Memin orijinal variantında işlədilən daha kobud ifadə mədəni formada təqdim edirik. Memdə Donald Trampın davranışları və ictimaiyyət qarşısındakı görüntüləri üzərindən istehza yaradılır.
Əslində, bu qısa zarafat ABŞ siyasi mədəniyyətindəki böyük dəyişimi də göstərir. Vaşinqton və Linkoln tarix kitablarında dövlətin qurucuları və böhran dövrünün liderləri kimi xatırlanır. Tramp isə müasir siyasi mübarizənin əsas fiqurlarından biri olmaqla yanaşı, sosial şəbəkələrin ən çox müzakirə və satira obyektinə çevrilən siyasətçilərindəndir.

Memin əsas məqsədi tarixi müqayisə aparmaq yox, siyasi rəqibə münasibəti yumor vasitəsilə ifadə etməkdir. Bir neçə sözlə verilən bu ironik müqayisə göstərir ki, müasir Amerikada prezidentlik uğrunda siyasi mübarizə artıq yalnız seçki meydanında deyil, memlər, qısa videolar və sosial şəbəkə satirası üzərindən də aparılır.

Vaşinqtonun müstəqillik savaşı, Linkolnun köləliyin ləğvi və Tramp ətrafında gedən siyasi mübahisələr bir neçə sətirdə birləşdirilir. Tarixlə sosial medianın ironik toqquşması da məhz burada ortaya çıxır.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

22 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR