İnsanlara hürriyət, millətlərə istiqlal!

İran “Starlink”i hərbi hədəf ELAN ETDİ

İran hökuməti ölkədə baş verən yanvar hadisələri zamanı İlon Maska məxsus “Starlink” peyk rabitə sistemini bloklamağı və işini dayandırmağı bacardığını rəsmən elan edib. İranın Ali Şurasının katibi və Milli Kiberməkan Mərkəzinin rəhbəri Məhəmməd Əmin Ağamiri bildirib ki, “Starlink” hərbi məqsədlər üçün istifadə ediləcəyi təqdirdə, Tehran üçün birbaşa hərbi hədəfə çevriləcək.

Musavat.com xəbər verir ki, bu barədə İran rəsmisi mətbuata açıqlamasında vurğulayıb.

 Ağamiri “Starlink” terminallarının siqnallarını pozan xüsusi texnologiyanın artıq sınaqdan uğurla keçdiyini və yanvar iğtişaşları zamanı tətbiq edildiyini diqqətə çatdırıb.

O, həmçinin Tehranın bu kritik texnologiyanı öz müttəfiq ölkələrinə ötürməyə hazır olduğunu bəyan edib.

Sistemin vurulma ehtimalına toxunan İran rəsmisi Cenevrə Konvensiyalarına istinad edərək bildirib ki, hərbdə tətbiq olunan hər bir texnologiya müharibə alətidir və bu səbəbdən “Starlink” obyektləri hərbi hədəf statusu daşıyır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR