İnsanlara hürriyət, millətlərə istiqlal!

Abramoviç Bodrumda hotel tikməkdən İMTİNA ETDİ - SƏBƏB

Dünyaca məşhur rusiyalı milyarder Roman Abramoviçin Türkiyənin Bodrum şəhərindəki investisiya planları dəqiqləşib. Bölgədə 100 min kvadratmetrlik (100 dönüm / 10 hektar) nəhəng ərazi satın alan oliqarxın burada hotel kompleksi deyil, cəmi 3 ultra-lüks malikanə ucaldacağı bəlli olub.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı tanınmış türkiyəli jurnalist Fatih Altaylı açıqlayıb.

Bir müddətdir Türkiyədə turizm və daşınmaz əmlak sahəsinə böyük sərmayə qoyacağı xəbərləri ilə gündəmə gələn rusiyalı iş adamının ünvanı artıq məlumdur. Muğla sahillərinə göz dikən milyarderin Kaplankaya bölgəsində axtardığı miqyasda yer tapmadıqdan sonra dərhal yan tərəfdəki qonşu əraziyə yönəldiyi öyrənilib.

Abramoviçin aldığı böyük ərazinin özünəaid iki xüsusi çimərliyi var. Bu investisiyanın ən diqqətçəkən tərəfi isə bölgədəki kütləvi tikinti bumuna meydan oxuyaraq, təbiətə zərər vurmadan hər 30 hektara yalnız bir ev düşməklə ümumilikdə cəmi 3 lüks malikanə inşa etmək qərarıdır.

Məsələni şərh edən Fatih Altaylı bu cür elit layihələrin Türkiyənin turizm imicinə böyük töhfə verəcəyini bildirib:

“Bununla da sıxlıq, təbiətin məhv edilməsi və ya ətraf mühitə zərər vurulması kimi müzakirələr yaşanmayacaq. Ən əsası, artıq bu bölgədə Cənubi Fransa, Sardiniya və ya Marbellada olduğu kimi hər birinin dəyəri 10 milyon, hətta 100 milyon dollar olan super-lüks malikanələr yer alacaq. Bu tip keyfiyyətli investisiyalar ölkənin qlobal brend dəyərini zirvəyə daşıyır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR