Onlayn ictimai-siyasi qəzet
İran Prezidenti Məsud Pezeşkian ölkədəki mövcud problemlərlə bağlı diqqətçəkən və etiraf xarakterli açıqlama verib.
Musavat.com xəbər verir ki, dövlət başçısı baş verənlərə görə məsuliyyətin xalqın deyil, hakimiyyətin üzərində olduğunu bildirib.
“Düşünürəm ki, günahkar mənəm. Günahkar bizik. Nə bu tələbə, nə bu əməkdaş, nə də bu insanlar günahkardır. Deməli, biz öz işimizi düzəltməliyik”, – deyə Pezeşkian vurğulayıb.
İran Prezidenti əlavə edib ki, onun əsas vəzifəsi xalqa xidmət etməkdir:
“Mənim borcum xalqın xidmətçisi olmaqdır, sizin borcunuz isə xalq üçün problemləri həll etməkdir, mövcud problemlərin üzərinə yenilərini əlavə etmək yox”.
Musavat.com
25 Avqust 2026
01:06 Qonşu ölkədə məktəbli forması məcburiləşir – tam dəstin qiyməti bəlli oldu, imtina edənləri...
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ