Onlayn ictimai-siyasi qəzet
İran Hörmüz boğazında mülki gəmiyə hücum edib.
Musavat.com CBS News-a istinadən xəbər verir ki, hdisə Oman sahillərində baş verib: Sinqapur bayrağı altında üzən yük gəmisi Hörmüz boğazında "naməlum mərmi" ilə vurulub.
Zərbə gəminin körpüsünə zərər vurub, lakin heç kim xəsarət almayıb. Hörmüz boğazından keçən gəmilər üçün ABŞ tərəfindən təsdiqlənmiş marşrut Oman sahili boyunca uzanır, İran isə gəmilərin şimal marşrutu ilə hərəkət etməsini tələb edir.
Hücumdan sonra Tehranın Hörmüz boğazı idarəsi (PGSA) məlumat yayıb: "Təyin olunmuş PGSA-dan kənar hər hansı bir keçid təhlükəsiz keçid zəmanətləri ilə əhatə olunmayacaq və sığorta əhatə dairəsinə və ya əlaqəli öhdəliklərə uyğun olmayacaq. İcazəsiz marşrutlardan keçid məsuliyyəti gəminin sahibi, operatoru və kapitanının üzərinə düşəcək".
Bu insidentdən sonra BMT Hörmüz boğağında qalan gəmilərdəki dənizçilərin xilasetmə əməliyyatını dayandırdığını elan edib.
Musavat.com
12 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ