İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ətrafında kürd oyunu: Güney Azərbaycan üzərində yeni təhlükə

İran ətrafında cərəyan edən proseslər fonunda Bərzani ailəsinin aktivləşməsi təsadüfi deyil.

Musavat.com xəbər verir ki, verilən bəyanatlar - “Makudan Luristana qədər bir millət, bir dövlət” kimi iddialar regionda etnik-siyasi mühəndisliyin növbəti mərhələsinə işarədir.

Bu ritorika arxasında PKK/PJAK xəttinin legitimləşdirilməsi və Güney Azərbaycan coğrafiyasında yeni qarşıdurma ocaqlarının yaradılması cəhdi açıq görünür.

Əgər Türkiyə vaxtında, koordinasiyalı və prinsipial addımlar atmasa, PKK/PJAK bu xəttdən istifadə edərək güneyli soydaşlarımızı hədəfə alacaq, bölgəni uzunmüddətli destabilizasiya dalğasına sürükləyəcək.

Urmiya–Maku xətti: tarixi həqiqət gizlədilə bilməz

Urmiya, Maku, Xoy, Salmas, Məhabad - bunlar sadəcə coğrafi adlar deyil. Bu şəhərlər Azərbaycanın qərb torpaqları olmaqla yanaşı, qədim Türk yurdlarıdır. Tarix, etnoqrafiya və toponimika bunu təsdiqləyir:

Oğuz-Səlcuq izi: Orta əsrlərdən etibarən bölgədə Oğuz-Səlcuq tayfalarının məskunlaşması, türk tayfa adlarının yer adlarında yaşaması (toponimlər) bu xəttin dərinliyini göstərir.

Ağqoyunlu-Qaraqoyunlu dövrü: XV əsrdə Urmiya–Xoy–Salmas xətti Azərbaycan dövlətçilik arealının mərkəzi olmuş, türk bəylikləri burada siyasi hakimiyyət qurmuşdur.

Səfəvi irsi: Səfəvi dövləti dövründə bölgə Azərbaycan siyasi-mədəni məkanının ayrılmaz hissəsi idi; əhali tərkibində türk ünsürü həlledici idi.

Dil və mədəniyyət: Bu şəhərlərdə Azərbaycan türkcəsi əsrlər boyu əsas ünsiyyət dili olmuş, xalq ədəbiyyatı, aşıq mühiti və dini-mədəni institutlar türk kimliyini qorumuşdur.

Demoqrafik davamlılıq: XX əsrə qədər bölgənin kənd və şəhər məkanlarında türk əhalinin üstünlüyü mənbələrdə dəfələrlə təsdiqlənib.

Bu faktlar siyasi spekulyasiya deyil, tarixi reallıqdır.

Bəyanatların gizli xətti: PKK/PJAK üçün “yaşıl işıq”

“Bir millət - bir dövlət” şüarı ilə Urmiya–Maku xəttini Luristanla eyniləşdirməyə çalışan ritorika, əslində, Güney Azərbaycan türklərinin kimliyini kölgələmək və bölgəni PKK/PJAK üçün manevr meydanına çevirmək niyyəti daşıyır. Bu, nə regional sabitliyə, nə də xalqların dinc birgəyaşayışına xidmət edir.

Bu gün sükut təhlükəlidir. Ankara və Bakı vaxtında, açıq və qətiyyətli mövqe ortaya qoymalıdır.

Güney Azərbaycan geosiyasi eksperimentlər üçün poliqon deyil.

Urmiya, Maku, Xoy, Salmas, Məhabad - Azərbaycanın tarixi-mədəni arealıdır və bu həqiqəti dəyişmək mümkün deyil.

Tarixi faktları susdurmaq olar, amma məhv etmək olmaz. Bu torpaqların kimliyi var - Türk kimliyi. Bu kimliyi hədəfə alan hər cəhd regionu daha dərin böhrana sürükləyəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR