İnsanlara hürriyət, millətlərə istiqlal!

"İnsanları mühakimə etmədən öncə özünüzə baxın" - Nura

 
"Zamanla başa düşdüm ki, başqa insanlarda sevmədiyim xüsusiyyətləri özüm etməməliyəm. Bu, insanın özünü tərbiyə etməsinin ən vacib formalarından biridir. İnsan ilk növbədə özünə qarşı dürüst olmağı və öz davranışlarını kənardan qiymətləndirməyi öyrənməlidir".

Musavat.com xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb.
 
O, insanları mühakimə etməyin doğru olmadığını bildirib: 

"Uşaqlığımdan bəri dəyişməyən iki xüsusiyyətim var - mərhəmət və empatiya hissi. Həyat insanı dəyişə bilər, sərtləşdirə bilər, amma içimdəki bu hiss heç vaxt dəyişmədi. Həmişə başqalarından daha üstün, varlı olmaq və ya daha gözəl görünməkdən daha çox, yaxşı insan olmağı istəmişəm.
 
Kimsə mənə yaxşı desin deyə yox, özümə hörmət etmək üçün insanlara xas olan pis xüsusiyyətləri (özümlə mübarizə apararaq) məhv etməyi öyrənmişəm.
 
Yəni deməyim odur ki, başqa insanları mühakimə etmədən öncə ilk növbədə özünüzdən başlayın. Onsuz da səhvsiz, günahsız insan yoxdur. Yenilənin, update olun ki, dünənki özünüzdən bu gün daha yaxşı versiyanızı yarada biləsiniz".
 
Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR