İnsanlara hürriyət, millətlərə istiqlal!

İnfantinoya dəstəyini GERİ ÇƏKDİ - Gözlənilməz boykot QƏRARI

İrlandiya Futbol Assosiasiyası (FAI) qarşıdan gələn FIFA prezident seçkilərində Canni İnfantinoya verdiyi dəstəyi rəsmən geri götürüb.

Musavat.com xəbər verir ki, qərarla bağlı bəyanat FAI-nin rəsmi saytında dərc olunub.

Bəyanatda qurumun narahatlığı vurğulanıb:

"FAI FIFA-nın İrlandiya futboluna göstərdiyi dəstəyə görə minnətdardır, lakin son hadisələr idarəetmə, şəffaflıq və mənalı məsləhətləşmələrin olmaması ilə bağlı ciddi narahatlıqlar doğurub".

Qeyd edək ki, Uels İnfantinoya dəstəyini geri götürən ilk Avropa federasiyası olub. Daha sonra İsveç, Serbiya və İngiltərə də analoji qərar qəbul edib.

UEFA və onun 55 üzv milli federasiyası FIFA-nın Dünya Kubokunun kommersiya hüquqlarının bir hissəsini satmaq planlarına etiraz olaraq ali futbol qurumu tərəfindən təşkil edilən yarışları boykot etdiyini elan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR