İnsanlara hürriyət, millətlərə istiqlal!

İnam Kərimovdan MÜHÜM AÇIQLAMALAR: "180-dən çox məhkəmə aktı..." - VİDEO

"Son illərdə məhkəmə sahəsində qanunvericilik bazası təkmilləşdirilib, Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri genişləndirilib, Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılmış, hakimliyə namizədlərin seçimi mexanizmləri sadələşdirilib".

Musavat.com xəbər verir ki, bu fikirləri bu gün Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Vəkillər Kollegiyasının təntənəli mərasimində çıxışı zamanı deyib.

O, xüsusilə qeyd edib ki, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi yaradan aktlarının indeksləşdirilməsi Qaydasının təsdiqi hüquq ictimaiyyəti üçün mühüm əhəmiyyət kəsb edir.

"Bu günədək Ali Məhkəmənin icraatında olan işlər üzrə 180-dən çox məhkəmə aktı indeksləşdirilərək rəsmi internet səhifəsində dərc edilib. Bu aktlar cinayət, mülki, inzibati, kommersiya işlərini əhatə edir və vəkillər üçün məhkəmə təcrübəsinin əvvəlcədən öyrənilməsi baxımından əhəmiyyətli hüquqi mənbə rolunu oynayır”,-deyə o əlavə edib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR