İnsanlara hürriyət, millətlərə istiqlal!

Hörmüzü ələ keçirmək mümkün deyil – İran rəsmisi Trampa

ABŞ prezidenti Donald Trampın təhdidlərinə baxmayaraq, Hörmüz boğazı İranın nəzarəti altında olub və qalacaq.

Musavat.com xəbər verir ki, bunu X hesabında İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi qeyd edib: "Hörmüz boğazı İrana məxsus idi, var və qalacaq. Gəmilərin oradan keçməsinə icazə verib-verməməsinə İran özü qərar verir. Sosial mediada paylaşım etməklə, təyyarədaşıyan gəmi göndərməklə, əmr verməklə və ya seçkiqabağı çıxış etməklə Hörmüzü ələ keçirmək mümkün deyil".

Qeyd edək ki, dünən Nyu-Yorkda çıxışı zamanı Tramp boğazı tezliklə "ABŞ ərazisi" elan etməyi planlaşdırdığını bildirmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR