İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyev BMT-nin müvəqqəti rezident əlaqələndiricisi ilə görüşdü

BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndələyinin “X” səhifəsində məlumat verilib.

“İqor Qarafuliç Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşmək şərəfinə nail olub. Azərbaycanın çoxtərəfliliyə sədaqəti və yeni Əməkdaşlıq Çərçivəsi (2026-2030) əsasında davamlı tərəfdaşlığımızla bağlı geniş müzakirə aparıldı. BMT-nin Azərbaycandakı nümayəndəliyinin bütün komandası Azərbaycanın davamlı inkişaf üçün milli prioritetlərini dəstəkləməyə sadiqdir”, - paylaşımda qeyd edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR