Onlayn ictimai-siyasi qəzet
Astarada bir nəfər (kişi) dənizdə batıb.
"Report"un cənub bürosunun məlumatına görə, hadisənin şəhərin "Bulvar" ərazisində baş verdiyi bildirilir.
İlkin məlumata görə, dənizdə batdığı bildirilən şəxs Masallı rayonu Kosagül kəndinin sakinidir. Bu barədə FHN-in Cənub Regional Mərkəzinə məlumat daxil olub. Onun şəxsiyyəti dəqiqləşdirilir.
Hazırda həmin şəxsin axtarışları aparılır.
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ