İnsanlara hürriyət, millətlərə istiqlal!

İbrahim Tatlısesin səhhəti pisləşib?

Məşhur müğənni İbrahim Tatlısesin keçmiş həyat yoldaşı Ayşegül Yıldız sənətçinin səhhəti ilə bağlı açıqlama verib.

Musavat.com xəbər verir ki,o, Tatlısesin fizioterapiya müalicəsinin davam etdiyini, səhhətində mənfi dəyişiklik olmadığını bildirib.

Son günlər görüntüsü ilə pərəstişkarlarını narahat edən İbrahim Tatlısesin səhhəti ilə bağlı yaranan suallara keçmiş həyat yoldaşı Ayşegül Yıldız cavab verib.

Yıldız bildirib ki, sənətçinin fizioterapiya prosesi davam edir və o, müalicəyə böyük əzmlə yanaşır.

“İbrahim bəyin fizioterapiyası davam edir. Həyatımda gördüyüm və tanıdığım ən əzmkar, ən mübariz insanlardan biridir. Həqiqətən çox güclü xarakterə sahibdir. İbrahim bəyi hamınız tanıyırsınız, bilirsiniz. Çox əzmkar şəkildə fizioterapiya müalicəsini davam etdirir”, – deyə Ayşegül Yıldız bildirib.

İbrahim Tatlısesin hazırkı səhhəti ilə bağlı da danışan Yıldız onun vəziyyətində mənfi dəyişiklik olmadığını vurğulayıb.

“Sağlamlığı əvvəlki kimidir. Çox şükür, inşallah daha da yaxşı olacaq”, – deyə o əlavə edib.

Könül

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR