İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı məşhur aparıcı Bakıda villa aldı

Rusiyanın tanınmış aparıcısı və musiqi prodüseri Yana Rudkovskaya Bakıda daşınmaz əmlak sahibi olub.

Musavat.com xəbər verir ki, bu barədə Xalq artisti və iş adamı Emin Ağalarov sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, Yana Rudkovskaya Emin Ağalarovun sahibi olduğu yaşayış kompleksindən villa satın alıb. Ağalarov paylaşımında rusiyalı prodüserlə birlikdə yeni evə baş çəkərək villanı nümayiş etdirib.

Kadrlarda Rudkovskayanın Bakıda aldığı yeni villasının interyeri və yaşayış məkanları əks olunub. 

Yana Rudkovskayanın Bakıda özünə villa alması sosial şəbəkələrdə də diqqət çəkib.

Qeyd edək ki, Yana Rudkovskaya Rusiyanın tanınmış media simalarından olmaqla yanaşı, bir sıra məşhur sənətçilərin prodüseri kimi də fəaliyyət göstərir.

Könül

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR