Onlayn ictimai-siyasi qəzet
ABŞ Xarici İşlər Nazirliyi Misir, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ümumilikdə 2,27 milyard dollar dəyərində silah satışını təsdiqləyib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamaya görə, sözügedən satış paketində ən böyük payı BƏƏ-yə təxminən 1 milyard 41 milyon dollar dəyərində APKWS-II idarəolunan raketlərinin idarəetmə bölmələri və bəzi hissələrinin satışı təşkil edir.
Misirə isə təxminən 832 milyon dollar dəyərində 2 min 20-dək FGM-148F Javelin raketinin, eləcə də 200-ə yaxın Javelin yüngül komanda buraxılış qurğusunun mümkün satışına razılıq verilib.
Küveytə də təxminən 400 milyon dollar dəyərində Patriot raketlərinin bəzi hissələri və təmir xidmətlərinin satışı nəzərdə tutulur.
Qeyd edək ki, ABŞ Xarici İşlər Nazirliyi sentyabrın 17-də Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcı təyyarəsi və 49 mühərrikin satışını nəzərdə tutan, ümumi dəyəri 24,3 milyard dollar olan mümkün hərbi satışa da razılıq vermişdi.
Könül
Musavat.com
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ