Onlayn ictimai-siyasi qəzet
Bakının Suraxanı rayonunun Günəşli qəsəbəsində İlqar Musayev küçəsinin Etibar Bəkirli küçəsi ilə kəsişməsindən Surxay Noçuyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir işləri aparılır.
Musavat.com bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, təmir işləri başa çatanadək qeyd olunan hissədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ