İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəmalə Ağazadə: Uşaqları alət etməyin!

“Etdiklərinizi anlayırsınız? Belə davam edərsə, asayişi, qanunu pozanlara qarşı DİN tərəfindən yenə də müdaxilələr ola bilər. Uşaqları alət etməyin!”

Musavat.com xəbər verir ki, bunu “Azərbaycan Uşaqları” Birliyinin sədri Kəmalə Ağazadə məktəblərdə vahid geyim qaydalarına qarşı etirazlarla bağlı çıxışında bildirib.

O qeyd edib ki, məktəblərdən çəkilən videolar və sosial şəbəkələrdə yayılan paylaşımlarda vahid geyim qaydalarına qarşı etirazlar, xüsusilə İranın ideoloji təsirlərinə yaxın mövqelərin təşviqi diqqət çəkir:

“Bu gün məktəblərdən çəkilən videolardan, paylaşımlardan vahid geyim qaydalarına qarşı etirazlar, xüsusilə İranın ideoloji təsirlərinə yaxın mövqelərin təşviqi, Azərbaycanın dünyəvi dövlət prinsiplərinə, milli dəyərlərinə və təhsil siyasətinə təsir göstərmək cəhdləri daha aydın bəlli olub.

Belə bir şəraitdə qanunun aliliyinin və dünyəviliyin qorunmasına, dövlətimizin dünyəvi prinsiplərinə dəstəyin ifadə olunmasına ehtiyac var. Belə davam edərsə, asayişi, qanunu pozanlara qarşı DİN tərəfindən yenə də müdaxilələr ola bilər.

Uşaqları alət etməyin!!!”

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR