İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu – Boyu yerə girmiş raket

Bu şəkil İsrailin şimalında çəkilib. Obyektivdə üçdə ikisi yerə saplanmış, ancaq partlamamış raket və gendən qollarını açaraq onun diametrinin böyüklüyünü göstərən sakindir.

Raketin partlamaması onu sevindirib. Amma bu, onlarla raketdən biridir. Çox az hallarda onlar yerə düşəndə partlamır. Əksəriyyəti ya yerə düşməmiş göydə vurulub partladılır, ya da hədəfə dəyir, dağıntı və tələfat törədir.

Aprelin 8-dən bəri İran və İsrailin arasında sakitlik idi, şərqdən qərbə və qərbdən şərqə bu sayaq, 7 metrlik ballistik raketlər uçuşmurdu.

Dünən onlar yenidən, necə deyərlər, qaldıqları yerdən başladılar və bir-birinə “raket sovqatı” göndərdilər. Hazırda ABŞ prezidenti Trampın araya girməsi ilə İran-İsrail raketləşməsi dayanıb.

rajet.JPG (28 KB)

Bəs bu boyda raket bir yaşayış binasına dəysə necə olacaqdı? O binanın daşı daş üstündə qalacaqdımı? Çətin. Belə raketlər bir 17 mərtəbəli yeni tikilini mansardından “kotlovan”ına qədər məhv etmək, onu beton-armatur yığınına döndərməyə qadirdir.

Məsələn, iki həftə öncə Rusiya “Oreşnik”lə Kiyevdə bir yaşayış məhəlləsini (4-5 çoxmərtəbəli bina) yerlə bir etmişdi. Ukrayna da borclu qalmır, o da PUA-larla Rusiyanın yanacaq terminallarını, strateji obyektlərini vurur. Hərdən qeyri-strateji obyektlər də zərər çəkir

Bu raketə baxanda adam vahimələnir. Bundan adi sığınacaqlarda belə qurtuluş yoxdur. Çünki hələ partlamadığı halda 4-5 metr dəriniyə nüfuz edə bilir.

Min illər əvvəl bir-birini daşla öldürən ibtidai insanlar kamilləşərək, bir zərbə ilə daha çox həmnövünü öldürmək qabiliyyətinə yiyələniblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR