Onlayn ictimai-siyasi qəzet
Özbəkistanın Fərqanə vilayətininin Bağdad rayonunun sakini evində 41 qıza qanunsuz din tədris etdiyi məlum olub.
Musavat.com gazeta.uz-a istinadla xəbər verir ki, qadına qarşı cinayət işi açılıb və 41 qızın valideynləri cərimə oluna bilər.
Regional polis idarəsinin məlumatına görə, Fərqanə bölgəsinin Bağdad rayonunda 39 yaşlı qadın qızlara dini təlim keçmək üçün öz evində qanunsuz mədrəsə təşkil edib. Bu, polis orqanlarının və Dövlət Təhlükəsizlik Xidmətinin birgə əməliyyatı zamanı aşkar edilib.
Kokand, Üçküprik, Yazyavan, Buvaydin və Bağdad rayonlarından olan 41 azyaşlı qız qadının evində yaşayır və təhsil alırmış.
Qızlarının ən kiçiklərinin 5-6 yaşı var. Qadın onların valideynindən təhsil haqqı olaraq ayda 600.000 sum alırmş. Onun özünün isə ali təhsili yoxdur.
Qadına qarşı Cinayət Məcəlləsinin 229-2-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb. Bu maddə xüsusi dini təhsili və icazəsi olmadan yetkinlik yaşına çatmayan şəxsə dini təlim öyrətməkdə mühakimə olunan şəxsin minumum maaşın 50-100 misli miqdarında cərimə olunmasını və ya 360 saata qədər məcburi ictimai işlərə cəlb edilməsini nəzərdə tutur. Ağırlaşdırıcı hallarda həmin əməli törətmiş şəxs üç ilə qədər islah işlərinə, bir ildən üç ilə qədər azadlığın məhdudlaşdırılması və ya üç ilə qədər azadlıqdan məhrum etmə cəzasına məhkum edilə bilər.
41 qızın valideynlərinə qarşı inzibati protokollar tərtib edilib. Onlar övladlarını qanunsuz olaraq dini təhsilə cəlb etdikləri üçün minimum maaşın 5-10 misli miqdarında cərimə oluna bilərlər.
Qeyd edək ki, son illərdə Özbəkistanda dövlət orqanları dini sferaya nəzarəti gücləndirib və başqa dövlətlərdən gələn missionerlərin ölkə ərazisində dini təbliğat aparmalarına, sektalar yaratmalarına izn verilmir.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ