Verilişdə regional və beynəlxalq gündəmin əsas mövzularından biri olan Ermənistan–Avropa–Rusiya münasibətləri ətrafında geniş müzakirələr aparılıb. Ermənistanın son dövrlər Avropa strukturlarına yaxınlaşma cəhdləri, bunun fonunda Rusiya ilə münasibətlərdə yaranan gərginlik, Moskvanın Cənubi Qafqazdakı təsir imkanları və bu proseslərin regional təhlükəsizliyə mümkün təsirləri təhlil olunub.
Rauf Arifoğlu həmçinin Ermənistanın geosiyasi seçimlərinin real nəticələri, Avropanın bu ölkəyə yanaşması və Rusiyanın proseslərə cavab addımları ilə bağlı mövqeyini bölüşüb. Müzakirələr zamanı Azərbaycan üçün formalaşan yeni siyasi reallıqlar və regionda güc balansının dəyişməsi də geniş müzakirə olunub.
Musavat.com






ŞƏRHLƏRŞƏRH YAZ