İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Şamxani də öldürüldü - “Iran International”

İranın ali dini lideri ayətullah Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani öldürülüb.

Musavat.com xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb.

Məlumata görə, Şamxani bu gün həyata keçirilən hücumlar nəticəsində həlak olub. Yayılan iddialarla bağlı hələlik rəsmi Tehran tərəfindən açıqlama verilməyib.

Qeyd edək ki, Əli Şamxani uzun illərdir İranın təhlükəsizlik və müdafiə siyasətinin əsas fiqurlarından biri hesab olunurdu. O, ölkənin strateji qərarlarının qəbulunda mühüm rol oynayırdı və regiondakı proseslərlə bağlı sərt mövqeyi ilə seçilirdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR