Onlayn ictimai-siyasi qəzet
Taylayndın paytaxtı Banqkokun bəzi rayonlarında yollar və evlər su altında qalıb, nəqliyyatın hərəkəti pozulub.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, son günlərdə Banqkokun bir neçə rayonu adətən sentyabr ayında yağan normadan artıq yağmurlar üzündən su altında qalıb.
Bildirilir ki, Tayland paytaxtının əsas kanalları daşıb və şəhərin kanalizasiya sistemi tıxanıb. Daşqın nəqliyyatın hərəkətini dayandırıb və təxminən 6000 insanı su altında qalan evlərdən sığınacaqlara təxliyə edilib.
Yerli hakimiyyət orqanları fövqəladə vəziyyət elan edib. Sentyabrın ortalarından bəri davam edən güclü yağışların yaratdığı daşqınlar ümumilikdə Taylandın 41 əyalətinə təsir göstərib. Təbii fəlakət səkkiz nəfərin ölümünə və 580.000 ev təsərrüfatına ziyan vurub. Su altında qalan ərazilərdə 80.000-dən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. İqtisadçılar ölkə iqtisadiyyatına dəyən ziyanı ən azı 11 milyard baht (327 milyon dollar) həcmində qiymətləndirirlər.
Qeyd olunur ki, ölkə daxilində hələ də yağış yağır. Yaxın günlərdə Banqkokda yağışın səngiyəcəyi gözlənilir. Artıq şəhərdə suyun səviyyəsi azalmağa başlayıb. Aşağıda Tayland paytaxtının küçələrində son günlərdəki vəziyyətin fotoları verilib.
Musavat.com
13 Oktyabr 2026
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ