Onlayn ictimai-siyasi qəzet
Müğənni Mərdan Kazımov (səhnə adı ilə MARDAN) Bakıda keçirilən “Formula 1” Azərbaycan Qran-Prisi çərçivəsində möhtəşəm konsert proqramı ilə çıxış edib.
Musavat.com xəbər verir ki, rok qrupunun müşayiəti ilə səhnəyə çıxan MARDAN Azərbaycanın klassik retro musiqilərini və estrada mahnılarını müasir pop-rok və etnik elementlərlə sintez edərək “Formula 1” qonaqlarına təqdim edib.
Sənətçi, həmçinin yeni repertuarından nümunələri səsləndirərək tamaşaçılara yaddaqalan və əyləncəli anlar yaşadıb. Onun enerjili çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Könül
Musavat.com
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ