İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Kərimli ilə bağlı QƏRAR VERİLDİ

Prezident Aparatının sabiq rəhbəri “Ramiz Mehdiyev işi”nə görə həbs edilən AXCP sədri Əli Kərimlinin həbs-qətimkan tədbirinin müddəti uzadılıb. Bununla bağlı iyunun 10-da Səbail Rayon Məhkəməsində müvafiq qərar qəbul edilib.

Məhkəmənin qərarına əsasən, Əli Kərimli barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti daha 5 ay, yəni noyabrın 13-dək uzadılıb.

Qeyd edək ki, Ə.Kərimli ötən ilin noyabrında həbs edilib. Ona Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR