İnsanlara hürriyət, millətlərə istiqlal!

Mühacirətdəki rus müxalifətindən ŞOK HƏMLƏ: 20 sentyabrda İrəvanda aksiyaya başlayırlar

Rusiyalı tanınmış müxalifətçi və keçmiş siyasi məhbus İlya Yaşin sentyabrın 20-də Ermənistanın paytaxtı İrəvanda olacağını və saat 12:00-da Rusiyanın bu ölkədəki səfirliyinin seçki məntəqəsinin qarşısına gələcəyini bəyan edib.

Musavat.com xəbər verir ki, rusiyalı siyasətçi digər həmməsləkləri ilə birgə səfirlik binası önündə aksiyaya qoşulacağını bildirib. Yaşin aksiyanın əsas məqsədinin Rusiyanın apardığı hərbi əməliyyatlara və mövcud diktatura rejiminə qarşı eiraz etmək olduğunu vurğulayıb. O, Rusiyada və dünyanın müxtəlif ölkələrində yaşayan müharibə əleyhdarı rusiyalıları həmin gün eyni saatda seçki məntəqələrinin qarşısında oxşar "sülh növbələri" yaratmağa çağırıb. 

Müxalifətçi əlavə edib ki, səfirlik qarşısındakı aksiyadan və səsvermə prosesindən sonra İrəvandakı Kino Evində tərəfdarları və jurnalistlərlə geniş görüş keçirməyi planlaşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR