Onlayn ictimai-siyasi qəzet
Dünya üzrə pivəyə tələbat azalır və iri istehsalçılar xərcləri ixtisar etməyə başlayıb.
Musavat.com xəbər verir ki, “Bloomberg”in məlumatına görə, dünyanın ikinci ən böyük pivə istehsalçılarından biri olan Heineken qlobal miqyasda 6 minədək əməkdaşını işdən azaldacaq.
2025-ci ilin yekunlarına əsasən satışlar 2,4% geriləyib. İstehlak xüsusilə ABŞ və Avropada ciddi şəkildə aşağı düşüb.
Mütəxəssislər bildirirlər ki, oxşar problemlər digər pivə markalarında da müşahidə olunur və sahə açıq-aşkar tənəzzül mərhələsinə daxil olub. Analitiklər bunu istehlakçı vərdişlərinin dəyişməsi, sağlam həyat tərzinə marağın artması və alkoqolsuz içkilərin populyarlaşması ilə izah edirlər.
Musavat.com
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ