İnsanlara hürriyət, millətlərə istiqlal!

Dubay yenə təəccübləndirir: “Qızıl küçə” turistləri heyran edəcək

Dubay yeni layihə çərçivəsində “Qızıl küçə”ni istifadəyə verməyi planlaşdırır. Bu, Deyra rayonunda yerləşən məşhur Qızıl Bazarın "Dubai Gold District" adı ilə yenidən yenilənməsinin bir hissəsidir.

Musavat.com xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Layihə zamanı küçənin tikintisində qızıldan istifadə ediləcəyi bildirilir, amma hansı formada olacağı hələ açıqlanmayıb.

Yeni bölgədə təxminən minə yaxın qızıl və zərgərlik satıcısı fəaliyyət göstərəcək. Açılış tarixi isə hələ müəyyən edilməyib.

Rəsmi şəxslər vurğulayırlar ki, qızıl Dubayın mədəni və işgüzar irsinin vacib hissəsini təşkil edir və əmirliyin rifahını, sahibkarlıq ruhunu simvolizə edir.

Dubay həmçinin nəhəng memarlıq layihələri ilə tanınır. Buraya Burc Xəlifə, Ain Dubai və son vaxtlar açılmış dünyanın ən hündür hoteli Ciel Dubai Marina daxildir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR