İnsanlara hürriyət, millətlərə istiqlal!

Dörd ölkə İsrailin bu hərəkətinə etiraz etdi

Misir, Türkiyə, Somali və Cibuti İsrailin beynəlxalq ictimaiyyətin Somalinin bir hissəsi hesab etdiyi Somalilandın müstəqilliyini tanımaq qərarını pisləyib.

Musavat.com xəbər verir ki, məlumatı Yaxın Şərq mediası məlumat yayıb. Misir Xarici İşlər Nazirliyi nazir Bədr Əbdüləti ilə Somali, Türkiyə və Cibuti həmkarları arasında telefon danışığından sonra verdiyi açıqlamada bildirib: "Xarici işlər nazirləri İsrailin Somaliland bölgəsini tanımasını tamamilə rədd etdiklərini və pislədiklərini bir daha təsdiqləyiblər və Somalinin birliyini, suverenliyini və ərazi bütövlüyünü tam dəstəklədiklərini vurğulayıblar".

Nazirlərin telefon danışığı İsrailin bunu edən ilk ölkə kimi Somalilandın müstəqilliyini tanıdığını elan etməsindən qısa müddət sonra baş tutub.

Bu gün İsrailin Baş naziri Binyamin Netanyahu və xarici işlər naziri Gideon Saar müvafiq bəyannamə imzalayıblar. Bəyannaməni Somaliland prezidenti Əbdürrəhman Məhəmməd Abdullahi də imzalayıb.

Saarın sözlərinə görə, tərəflər tezliklə səfirliklər açacaq və səfirlər təyin edəcəklər.

Qeyd edək ki, İsrailin bu yaydan bəri bir neçə ölkə ilə Qəzza zolağından mümkün köçürülmə ilə bağlı danışıqlar apardığına dair məlumatlar yayılmaqdadır. Somaliland da bu təşəbbüslə əlaqədar olaraq xatırlanıb.

1991-ci ildə Somalidə vətəndaş müharibəsi fonunda ölkənin şimal hissəsindəki yerli hakimiyyət orqanları Somalidən ayrıldıqlarını və Somaliland Respublikası adı altında müstəqillik elan etdilər. Bölgə Efiopiya da daxil olmaqla bir neçə ölkə ilə qeyri-rəsmi münasibətlər saxlayır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR