İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN bayram günlərində səfərə çıxan vətəndaşlara müraciət ETDİ

"Bayram günlərində paytaxtdan bölgələrimizə üz tutan, tətil ərəfəsində səfərə çıxan vətəndaşların sayında çoxluq müşahidə olunur. Bu isə yollarda nəqliyyat sıxlığının yaranmasına və qəzaların baş vermə ehtimalının artmasına səbəb olur. Arzuolunmaz hadisələrin qarşısını almaq və risklərdən sığortalanmaq üçün tətil günlərində daha diqqətli və məsuliyyətli olmaq, sadə qaydalara riayət etmək vacibdir".

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) bayram günlərində səfərə çıxan vətəndaşlara müraciətində deyilir.

Sürücülərə aşağıdakı qaydalara riayət etmək tövsiyə olunur:

- avtomobilin texniki sazlığını yoxlayın;

- günün erkən saatlarında yola çıxın;

- sərxoş və ya yuxulu halda sükan arxasına əyləşməyin;⁠

- təhlükəsizlik kəmərindən istifadə edin;

- sürət həddini yol və hava şəraitinə uyğun seçin;

- ötmə və manevr qaydalarına uyğun davranın;

- diqqət yayındıran bütün hallardan çəkinin.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR