Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya hökuməti İlon Maskın sahibi olduğu X sosial şəbəkəsinin mümkün qadağası ilə bağlı Kanada və Avstraliya ilə danışıqlar aparıb.
Musavat.com xəbər verir ki, bu barədə GB News məlumat yayıb.
London platformanın fəaliyyətinə məhdudiyyət qoyulması imkanlarını müzakirə edir. Lakin bu təşəbbüs beynəlxalq səviyyədə ciddi rezonans doğurub. Bildirilir ki, əgər Böyük Britaniyada hakim Leyboristlər X platformasını qadağan etməyə cəhd göstərsə, ABŞ rəsmi Londona qarşı sanksiyalar tətbiq edə bilər.
ABŞ Konqresindəki qanunvericilər artıq bu məsələ ilə bağlı xəbərdarlıq ediblər və bildiriblər ki, X platformasının qadağan olunması halında “nəticələr qaçılmaz olacaq”. Vaşinqtonda hesab edirlər ki, bu addım söz azadlığına zərbə olmaqla yanaşı, ABŞ–Böyük Britaniya münasibətlərinə də ciddi zərər vura bilər.
Qeyd edək ki, X platformasının sahibi, milyarder iş adamı İlon Mask son aylarda Qərb ölkələrində senzura və sosial şəbəkələrə nəzarət təşəbbüslərini açıq şəkildə tənqid edir.
Musavat.com
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ