Onlayn ictimai-siyasi qəzet
Çexiyanın Otrokoviçe şəhərində yerləşən sənaye zonasında kütləvi yanğın baş verib.
Musavat.com xəbər verir ki, bu barədə ölkənin Yanğınsöndürmə Korpusunun mətbuat xidməti məlumat yayıb. Alovun söndürülməsi və genişlənməsinin qarşısının alınması üçün əraziyə on yanğınsöndürmə briqadası cəlb olunub.
Hüquq-mühafizə və xilasetmə orqanlarının məlumatına görə, yanğın sənaye zonasındakı iri çənlərdən birinin üstündəki mühafizə qapağının qopması nəticəsində baş verib.
Çənin içərisində asanlıqla alışan kimyəvi maddənin olduğu bildirilir.
Hadisə yerində xilasetmə işləri davam etdirilir, xəsarət alanlar və dağıntıların miqyası barədə məlumatlar dəqiqləşdirilir.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ