Onlayn ictimai-siyasi qəzet
Sevgi münasibətlərində hər kəs sədaqət və güvən axtarır. Amma astroloqlar xəbərdarlıq edir ki, bəzi bürclər emosional dəyişkənliyi, macərapərəst ruhu və diqqət ehtiyacı səbəbilə xəyanətə daha meylli ola bilirlər. Təbii ki, hər şey insanın xarakterindən və seçimlərindən asılıdır. Lakin ulduzların mövqeyi bəzi riskli meylləri üzə çıxara bilər.
Musavat.com xarici mediaya istinadən həmin bürcləri təqdim edir:
Əkizlər
Əkizlər dəyişkən və maraqsevər təbiəti ilə seçilir. Onlar üçün monotonluq ən böyük qorxudur. Münasibətdə həyəcan azalanda yeni emosiyalar axtarmağa başlaya bilərlər. Flirt etməyi sevirlər və bəzən sərhədi keçdiklərini özləri də hiss etmirlər.
Oxatan
Azadlıq Oxatan üçün hər şeydən önəmlidir. Özünü sıxılmış hiss etdiyi anda uzaqlaşa bilər. Macəra həvəsi və sərhəd tanımayan enerjisi onu bəzən düşünmədən addım atmağa sövq edir. Bu da münasibətdə sabitlik problemi yarada bilər.
Şir
Şir diqqət mərkəzində olmağı sevir. Lazımi sevgini və heyranlığı görmədikdə, bunu başqa yerdə axtarma ehtimalı artır. Qürurlu və ehtiraslı təbiəti onu emosional risklərə apara bilər.
Balıqlar
Balıqlar həddindən artıq emosional və xəyalpərəstdir. Real həyatda istədiyi romantikanı tapmadıqda, başqa birinə qarşı hisslər yarana bilər. Onlar xəyanəti planlı şəkildə etməsələr də, duyğularına qapılıb səhv addım ata bilərlər.
Musavat.com
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ