İnsanlara hürriyət, millətlərə istiqlal!

Blogerin Afət Fərmanqızı barədə danışması qadağan edildi

Bundan sonra bloger Sevinc Hüseynova müğənni Afət Fərmanqızı barəsində bir kəlmə belə danışa bilməyəcək.

"Unikal"ın əldə etdiyi məlumata görə, bu barədə Füzuli Rayon Məhkəməsi qərar qəbul edib.

Belə ki, müğənni Afət Fərmanqızının ərizəsi əsasında bloger Sevinc Hüseynovanın sosial media platformalarında Afət Fərmanqızının adını çəkməsinə qadağa tətbiq edib.

Qərar məhkəmə prosesi yekunlaşanadək qüvvədədir. Qərara riayət edilmədiyi halda, Sevinc Hüseynovanın barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR