Onlayn ictimai-siyasi qəzet
Türkiyənin tanınmış müğənnisi Yıldız Tilbe Bursada verdiyi konsert zamanı sürpriz doğum günü tədbiri ilə qarşılaşıb.
Musavat.com xəbər verir ki, Bursa Kültürpark Açıq Hava Teatrında səhnəyə çıxan sənətçi sevilən mahnılarını ifa edərək pərəstişkarlarına unudulmaz gecə yaşadıb.
Konsertin sonlarına yaxın iş adamı İbrahim Sayın tərəfindən 60 yaşı münasibətilə Yıldız Tilbe üçün tort gətirilib və xüsusi vizual şou təşkil olunub.
Sürpriz qarşısında təşəkkürünü bildirən müğənni doğum günlərinin qeyd olunmasına fərqli yanaşdığını deyib:
"Doğum gününü qeyd etmək mənə çox mənasız gəlir. Bitmiş 60 ilin nəyini qeyd edəcəyəm? 70 yaşım olacaqmı? Mənə qəribə gəlir. Bitən bir şeyin qeyd olunması fərqli hiss yaradır. Amma təşəkkür edirəm. İbrahim, sən mənim əzizimsən. Mənim doğum günü ilə bağlı fikrim belədir. Hər kəsə Allahdan sağlamlıq, hüzur və xeyirli ömür arzulayıram. Dünyada bunlardan dəyərli nə var ki? 60 yaşından baxanda hər şey başqa cür görünür. 18 yaşında isə insanın qarşısında nə qədər çox şey olur".
Çıxışından sonra Yıldız Tilbe sevilən mahnılarını səsləndirməyə davam edib və konsert proqramını alqışlar altında başa vurub.
Şahanə Rəhimli
Musavat.com
20 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ