İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevin 1.1 milyard avroluq xahişinə soyuq münasibət - Nə baş verir?

Polşa və Rumıniya Ukrayna kənd təsərrüfatı məhsullarının öz əraziləri vasitəsilə tranzit daşınma həcmlərini əhəmiyyətli dərəcədə artırmaq planlarının olmadığını bəyan ediblər.

Musavat.com xəbər verir ki, bu barədə "Politico" nəşri Avropa İttifaqındakı mənbələrə istinadən məlumat yayıb.

Varşava administrasiyası daşımaların həcmini genişləndirməyi planlaşdırmadığını açıq şəkildə bildirib. Buxarest isə Rumıniya limanlarının, xüsusən də Dunay çayında suyun səviyyəsinin aşağı düşməsi səbəbindən artıq maksimum güclə işlədiyini və həddindən artıq yükləndiyini diqqətə çatdırıb.

Qeyd edək ki, bundan əvvəl Ukrayna hökuməti Avropa İttifaqına müraciət edərək milyonlarla ton kənd təsərrüfatı məhsulunun dünya bazarlarına çıxarılmasına köməklik göstərilməsini və nəqliyyat xərclərinin qarşılanması üçün 1,1 milyard avro həcmində maliyyə vəsaitinin ayrılmasını xahiş etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR