Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə bacısı ilə bağlı paylaşım edib.
Bacısının doğum günü olan aktrisa ona xoş arzularını çatdırıb:
“Mənim əzizim, canım, gözəl bacım, səni ürəkdən təbrik edirəm, doğum günün mübarək. Nə yaxşı ki, sən mənim bacımsan. Yeni yaşında atacağın hər addım sənə və əzizlərinə sağlamlıq, uğur, bol ruzi, bərəkət gətirsin. Allah səni əzizlərindən sevindirsin. Sən mənim ürəyimin bir parçasısan”. (Axşam.az)
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ