Onlayn ictimai-siyasi qəzet
Bakıda Gülüstan Sarayında keçirilən dəbdəbəli toy gecəsi sosial mediada gündəm olub.
Gecədə Azərbaycanın və Türkiyənin tanınmış sənətçiləri səhnə alıb.
Musavat.com xəbər verir ki, toyun qonaqları sırasında türkiyəli müğənni Kutsi də yer alıb. Sənətçi bəylə gəlin üçün məşhur “İlanı Aşk” mahnısını ifa edib.
Gecədə Xalq artistləri Röya Ayxan və Samir Cəfərov, Əməkdar artist Sevda Ələkbərzadə, reper Elşad Xose də çıxış ediblər.
Toy gecəsinin aparıcısı isə Əməkdar artist Nərgiz Cəlilova olub.
Könül
04 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ