İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda cəza çəkən separatçılarla bağlı İrəvandakı iddialara Bakıdan tutarlı cavablar

Ermənilər Bakıda cəza çəkən separatçıların azadlığı üçün dayanmadan çalışırlar. Hətta bu günlərdə müəmmalı şəkildə Ermənistan tərəfə keçmiş Azərbaycan hərbçinin guya erməni liderlərdən kimləsə dəyişdirilə biləvəyi barədə xəyallar qururlar.

Musavat.com-un məlumatına görə, bu arada, Ermənistan parlamentinin İnsan hüquqlarının müdafiəsi və ictimai məsələlər daimi komissiyasının sədri, “Ermənistan” fraksiyasının deputatı Lilit Qalstyan Bakıda saxlanılan erməni cinayətkarlara baş çəkmək üçün təkbaşına Bakıya getməyə hazır olduğunu bildirib.

Lilit Qalstyan Milli Məclisin iclasında (11 iyun 2024). Yerevan - Sputnik Ermənistan, 1920, 1 iyul 2025

Musavat.com bildirir ki, o, müvafiq məktubla ATƏT PA-nın rəhbərliyinə və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə müraciət edib.

Deputat iddia edib ki, separatçıların ailələri onlara baş çəkmək imkanından məhrumdurlar. Avropa İnsan Hüquqları Məhkəməsi vasitəsilə əldə edilən pərakəndə məlumatlar, eləcə də ailələrlə nadir və qısa telefon danışıqları Azərbaycanda saxlanılan erməni separatçıların fiziki və psixoloji vəziyyəti ilə bağlı ciddi narahatlıq doğurur. “Bütün bu müddət ərzində heç bir beynəlxalq humanitar səfərə icazə verilməyib. Artıq bir ildir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin də başçəkmələri qadağan edilib. Bütün bu müddət ərzində heç bir beynəlxalq müşahidə orqanının və ya üçüncü tərəfsiz tərəfin erməni hərbi əsirlərə və girovlara baş çəkmək imkanı olmayıb”, - deyə Qalstyan bildirib.

O vurğulayıb ki, bu vəziyyət birbaşa ATƏT-in parlament strukturunun insan hüquqlarının, insan ləyaqətinin və humanitar prinsiplərin qorunmasına yönəlmiş nizamnamə öhdəliklərinə toxunur. Deputat hesab edir ki, ATƏT Parlament Assambleyasının deputatlarından ibarət missiyanın Bakıya humanitar səfəri bu öhdəliklərin yerinə yetirilməsinə konkret və əhəmiyyətli töhfə ola bilər.

post-img

“Bununla əlaqədar, saxlanılan ermənilərlə görüşmək üçün belə bir səfərin təşkilinə dəstək göstərilməsini və şərait yaradılmasını xahiş edirəm... Bu missiya ATƏT-in dinc əməkdaşlığı təşviq edən, eləcə də münaqişələrin dinc yolu ilə həllinə yönəlmiş prinsiplərinə tamamilə uyğundur. Mən də şəxsən və təkbaşına Bakıya getməyə hazıram”, – deyə Qalstyan vurğulayıb.

Şəkil 1

O bildirib ki, bu, siyasi deyil, humanitar təşəbbüsdür və etimadın möhkəmləndirilməsi, eləcə də real sülh prosesi yolunda vacib və konkret addım kimi dəyərləndirilə bilər.

Deputat missiya üzvlərinin təhlükəsiz daxil olması və geri qayıtması üçün zəruri zəmanətlərin alınmasında dəstək göstəriləcəyinə ümid etdiyini bildirib.

Hüquqşünas, beynəlxalq məsələlər üzrə ekspert Sahib Məmmədov Musavat.com-a bu barədə açıqlaması zamanı əvvəlcə bir müddət öncə keçirilən beynəlxalq tədbirdən bəhs etdi:

“Vətəndaşların əmək hüquqlarının müdafiəsi liqası”nın icraçı komitəsinin sədri Sahib Məmmədov

“Bu yaxınlarda Cenevrədə idik. Ermənistan Məcburi Yoxaçıxmalar üzrə Komitəyə ikinci dövr hesabatını təqdim edirdi. Orada Paşinyanın sərəncamı ilə yaradılmış rəsmi nümayəndə heyəti bu məsələni də gündəmə gətirdi. Baxmayaraq ki, hesabatı onlar təqdim edirdilər, orada Xarici İşlər nazirinin müavini 19 nəfərlə bağlı onları əsir kimi təqdim etdi. Bu, təkcə Ermənistandakı bəzi dairələrin tələbi deyil, rəsmi hökumət də əslində belə tələblər irəli sürür. Biz bunu dəfələrlə demişik. Əgər o şəxslər Ermənistanda olsaydı, indi Paşinyan onların çoxunu həbs etmişdi, cəza çəkirdilər, yaxud istintaq altında idilər. Amma bundan manipulyasiya məqsədilə istifadə edirlər, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirlər, Azərbaycanı gözdən salmaq məqsədilə istifadə edirlər”.

S.Məmmədov hesab edir ki, Ermənistan üçün onların azadlıqda olması da sərfəli deyil: “Gəlib orada müxalifəti gücləndirəcəklər. Amma bundan bir manipulyativ alət kimi istifadə etməkdə davam edirlər. Biz sizinlə dəfələrlə bu mövzudan bəhs etmişik. Ermənistan bütün bizimlə olan münasibətlərdə qeyri-səmimilik göstərməkdədir. O cümlədən bu məsələdən də Azərbaycanı gözdən salmaq, nüfuzdan salmaq məqsədilə istifadə edir. Həm rəsmi Ermənistan istifadə edir, həm erməni lobbisi istifadə edir, həm Ermənistanın daxilində olan siyasi qüvvələr, həm də qeyri-hökumət təşkilatları. Bu da onu göstərir ki, Ermənistan sülh prosesinə məcburi qatılmış kimi görünür. Özlərinin, belə deyək, məcburiyyəti qarşısında, bu 44 günlük müharibənin yaratdığı şərait nəticəsində qoşulublar. İndi bizim azıb Ermənistan tərəfə keçmiş hərbçi ilə bağlı bir qurama cinayət işi başlayıblar. Görünür, burada da bir məqsəd var. Amma bu şəxslər müharibə cinayətləri törətmiş şəxslərdir. Müharibə cinayətləri törətmiş şəxslər, yəni dünya praktikasında, nə amnistiya olunurlar, nə də əfv olunurlar”.

Hüquqşünas digər vacib məqama da diqqət çəkdi: “Bizdə hətta qanun var ki, Azərbaycan xalqına qarşı cinayət törətmiş şəxslərə, Azərbaycan xalqına və dövlətinə qarşı cinayət törətmiş şəxslərə amnistiya tətbiq olunmur. Amma indi siyasi proseslərin gedişi hansısa yeni şərait yarada bilər. Lakin bu barədə danışmaq hələ tezdir”.

S.Məmmədov dedi ki, separatçı liderlərin cinayəti sübuta yetirilib: “Düzdür, Ermənistan beynəlxalq təşkilatlarda bu məhkəmənin legitim olmaması ilə bağlı da açıqlamalar verir və s. Təəssüf ki, bizim bəzi beynəlxalq təşkilatlarda çıxış edən şəxslər məhkəmədən qabaq nahaq yerə açıq şəkildə deyiblər ki, onlar canidirlər, cinayət törədiblər. Və bundan da bizim əleyhimizə istifadə edirlər. Ona görə də bəzən bu xarici beynəlxalq təşkilatlara göndərilən adamların səriştəsinə də fikir vermək lazımdır. Onlar gedib orada çıxış edirlər. Məhkəmə prosesi gedən dövrdə hələ məhkəmə hökmü yoxdur, amma bizim… Mən dəfələrlə eşitmişəm, bizdən göndərilən nümayəndələr onları cani, cinayətkar, cinayəti sübut olunmuş şəxslər adlandırırdılar. Burada ermənilər də bundan sui-istifadə edirdilər ki, baxın, Azərbaycanda məhkəmə hələ qərar, hökm çıxartmamış bunlar cinayətkar elan olunublar. Deməli, bu, ədalətli mühakimə prosesi deyil və s. iddialar səsləndirirlər”.

Ekspert hesab edir ki, ermənilər məsələni gündəmdə saxlamaqla bir daha Azərbaycana qarşı münasibətdə əslində səmimi olmadıqlarını, sülh prosesinə isə həvəssiz qatıldıqlarını bir daha ortaya qoymuş olurlar.

Məhkəmə bitəndən sonra...” - Ermənistanın Araikgili azad etmək planı

O ki qaldı separatılara baş çəkmək istəyənlərə, S.Məmmədov bildirdi ki, başçəkmə ola bilər: “Onsuz da Azərbaycan üzərində iki beynəlxalq başçəkmə orqanının nəzarəti var, konvensiyaya əsasən. Biri İşgəncələrə Qarşı BMT Alt Komitəsidir. İstənilən vaxt gəlib başçəkmə həyata keçirə bilər. Bir də CPT-dir. Məşhur Avropa Şurasının İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Komitəsidir. Onlar başçəkmə həyata keçirirlər. Ötən il onlar Bakıda olublar. İndi bizdə Ombudsman baş çəkir. Ola bilsin, gələcəkdə Ermənistanın Ombudsmanı ilə bizim Ombudsman razılaşa bilərlər, gəlib onların da Ombudsmanı baş çəkə bilər. Mən buna normal baxa bilərəm, şəxsən bir hüquq müdafiəçisi kimi. Ermənistan Ombudsmanının, yaxud onların ailə üzvlərinin görüşünə gəldikdə, ekspert qeyd etdi ki, bu kimi humanitar məsələlər ola bilər: “Amma şəxslər barəsində məhkəmənin qüvvəyə minmiş hökmü var və yaxud indi bəzilərinin apellyasiya prosesi davam edir. Ona görə də bu mərhələdə onların azad olunması və s. barədə danışmaq absurddur”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR