Onlayn ictimai-siyasi qəzet
İran ordusunun rəsmi sözçüsü Məhəmməd Əkrəminiya ölkənin raket imkanlarının yeni mərhələdə daha da inkişaf etdiriləcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, o, hərbi qüvvələrin istifadəsində olan raketlərin həm uçuş sürətini, həm də təsir mənzilini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırdıqlarını bildirib.
Əkrəminiya son münaqişələr zamanı tətbiq edilən raket sistemlərinin, o cümlədən Quru Qoşunlarının Küveytdəki ABŞ hərbi bazalarını hədəf aldığı bildirilən raketlərin və Hərbi Dəniz Qüvvələrinin gəmi əleyhinə qanadlı raketlərinin döyüş effektivliyini "çox yüksək" qiymətləndirib.
Ordu rəsmisi vurğulayıb ki, potensial düşmən qüvvələrinin hazırda İran sahillərindən daha uzaqda - təxminən 1000 kilometr məsafədə mövqe tutması raketlərin vuruş məsafəsi və sürətinin artırılmasını həyati zərurətə çevirir.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ