Onlayn ictimai-siyasi qəzet
Somali prezidenti Həsən Şeyx Mahmud "Al Jazeera" telekanalına verdiyi müsahibədə Bab-əl-Məndəb boğazı yaxınlığında yerləşən Berbera limanında (tanınmamış Somalilənd ərazisi) İsrailin hərbi-dəniz bazası kurmaq planları barədə məlumatlara kəskin reaksiya verib. Somali dövlət başçısı ölkəsinin heç bir şərt altında öz ərazisində İsrailin hərbi iştirakına razılıq verməyəcəyini bəyan edib.
Musavat.com xəbər verir ki, Həsən Şeyx Mahmud İsraili regionda "sabitliyi pozan qüvvə" adlandıraraq Təl-Əvivin bu addımlarını "Böyük İsrail" projesi və Yaxın Şərqdəki münaqişələri Afrika buynuzuna daşımaq cəhdi ilə əlaqələndirib. Məlumata görə, İsrail strateji cəhətdən Bab-əl-Məndəb boğazına nəzarət etmək, Qırmızı dənizdə husilərin gəmilərə hücumlarının qarşısını almaq və İrana qarşı mövqelərini möhkəmləndirmək üçün Berbera portu və hava limanından istifadə etməyi planlaşdırır.
Öz növbəsində, tanınmamış Somalilənd rəhbərliyi hazırda ərazidə İsrail qoşunlarının olması haqqında iddiaları təkzib etsə də, gələcəkdə hərbi baza məsələsinin necə dəyişəcəyi ilə bağlı qəti açıqlama verməkdən çəkinib. Qırmızı dənizdə və Qəddən körfəzində gərginliyin artdığı bir vaxtda Somali hökuməti bölgənin xarici güclərin poliqonuna çevrilməsinə qarşı mübarizə aparacağını bildirir.
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ