Onlayn ictimai-siyasi qəzet
Bakıda ikitəkərli nəqliyyat vasitələri və piyadaların iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Musavat.com-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, tədbirlər çərçivəsində ikitəkərli nəqliyyat vasitələrindən istifadə edən şəxslərin və piyadaların yol hərəkəti qaydalarına əməl etməsinə nəzarət edilir.
Məqsəd yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması, qayda pozuntularının qarşısının alınması və mümkün yol-nəqliyyat hadisələrinin minimuma endirilməsidir.
15 Oktyabr 2026
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ