İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda benzin bahalaşır? - SON DƏQİQƏ XƏBƏRİ

Son günlərdə Azərbaycanda Aİ-92 markalı benzin və dizelin bahalaşacağı barədə xəbərlər yayılıb.

Musavat.com xəbər verir ki, məlumat rəsmi olmasa da, teleqram kanallarında tirajlanır.

Məlumatda bildirilir ki, hər iki məhsulun qiymətində bahalaşma çox olmayacaq.

Uzun zamandır ki, Azərbaycanda ekspertlər və sürücülər Aİ-92 markalı benzinin və dizelin keyfiyyətinin aşağı olduğunu bildirirlər. Buna görə də sürücülər əksər hallarda avtomobillərini qorumaq üçün Aİ-95 markalı benzindən istifadə edirlər.

Benzinin keyfiyyətsiz olması təkcə avtomobillərə deyil, ekologiyaya da ciddi ziyan vurur. Ona görə də ekspertlər uzun zamandır bildirirlər ki, Aİ-92 bahalaşıb, Aİ-95 ucuzlaşmalıdır.

Onu da bildirək ki, dünyada bu kimi problemlərdən qurtulmaq üçün elektrik mühərriklərə üstünlük verilir. Azərbaycanda da bu keçid prosesi artıq başlayıb və ekspertlər bildirirlər ki, benzinin qiymətinin bahalaşması mövcud vəziyyəti stimullaşdıracaq. Ona görə də bahalaşma olarsa bu, zərurətdən baş verəcək.

Onu da bildirək ki, 2022-ci ildən etibarən elektrik avtomobillərin ölkəyə gətirilməsi zamanı mühərrikin həcminə görə idxal dövlət gömrük rüsumu və ƏDV alınmır.

Hazırda ölkədə Aİ-92 markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 1 manat, dizelinki isə 80 qəpikdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR