İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan PISA 2029-da da iştirak edəcək

Azərbaycan 2029-cu ildə keçiriləcək PISA beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək.

Musavat.com xəbər verir ki, bunu PISA 2025 beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə Təhsil İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev deyib.

Onun sözlərinə görə, 2029-cu ildə keçiriləcək PISA tədqiqatında iştirakla bağlı Azərbaycan artıq müqavilə bağlayıb və rəsmi müraciət edib.

E.Əliyev bildirib ki, 2025-ci ildə keçirilən PISA tədqiqatında 91 ölkə və ya iqtisadiyyat iştirak edib. 2029-cu ildə isə iştirakçıların sayının təxminən 100 ölkəyə çatacağı gözlənilir.

Qeyd edək ki, PISA 15 yaşlı şagirdlərin məktəbdə qazandıqları bilikləri gündəlik həyatda, gələcək təhsil və iş həyatında tətbiq etmək bacarıqlarını qiymətləndirir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR