İnsanlara hürriyət, millətlərə istiqlal!

“Avropada və ABŞ-də xüsusi "mühacir legionları" yaradıldı” – Hüquq müdafiəçisi

“90-cı illərin sonu 2000-ci illərin əvvəllərində Azərbaycanda regionun ən güclü və nüfuzlu insan hüquqları müdafiəçiləri mövcud idi”.

Musavat.com xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Sahib Məmmədov bildirib. O qeyd edib ki, həmin hüquq müdafiəçiləri həm watchdog, həm də monitorinq, marrifləndirmə, hesabatlar hazırlama prinsipləri əsasında fəaliyyət göstərirdilər. Bir neçə nəfəri çıxmaqla əsasən hüquq müdafiəçiləri hakimiyyətlə dialoq yolu ilə insan hüquqları ilə bağlı problemləri həll edə bilirdi. Hakimiyyət də heç vaxt dialoqdan imtina etmirdi.

S.Məmmədov təəssüflə bildirib ki, Azərbaycanda yeni neft erasının başlanması ərəfəsində, konkret olaraq Bakı-Tiflis-Ceyhan neft kəmərinin tikitisi ərəfəsində xarici qüvvələr Azərbaycada insan hüquqlarını müdafiə edənləri parçalama xətti tutdular:

“Yeni yetişdirdikləri nüfuz agentlərindən hüquq müdafiəçiləri becərib buraxdılar ortaya. Onların əsas missiyası hakimiyyətlə dialoq aparan hüquq müdafiəçilərini sıradan çıxarmaq və qrant axınını öz nəzarətləri altına almaq idi. Hər ikisinə nail oldular. 2003, 2009 və 2013-cü illərdə tətbiq edilən məhdudiyyətlər də bu qüvvələrin əlinə işlədi. Üçüncü ölkələrdən maliyyələşmə mexanizmi tətbiq olunmağa başladı. Mühacir biznesi çiçəkləndi. Avropada və ABŞ-də xüsusi "mühacir legionları" yaradıldı. Biz təxminən 14-15 il əvvəl proseslərin necə inkişaf edəcəyini tam təfsilatı ilə yazmışdıq. Nə yazdıqsa, hamısı baş verdi”.

Hüquq müdafiəçisi sonda vurğulayıb ki, amma bütün bunlar Azərbaycan dövlətinə əsaslı mane ola bilmədi və Azərbaycan Böyük Zəfər başda olmaqla öz strateji planlarının hamısını yerinə yetirdi.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR