İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Venesuela üçün ayağa qalxdı- Aksiyalar başladı

Venesuelaya dəstək məqsədilə Avropanın bir sıra şəhərlərində etiraz aksiyaları təşkil olunub.

Musavat.com xəbər verir ki, məlumata görə, nümayişlər Afina, Berlin və Roma şəhərlərində keçirilib.

Aksiya iştirakçıları ABŞ bayraqlarını yandıraraq “Venesueladan əllərinizi çəkin”, “ABŞ Karib hövzəsindən rədd olsun” kimi şüarlar səsləndiriblər. Etirazlar ABŞ-ın Venesuelaya qarşı hərbi addımlarına etiraz olaraq təşkil edilib.

Eyni zamanda, Ağ Evin qarşısında da nümayiş keçirildiyi, etirazçıların plakatlar və Venesuela bayraqları ilə aksiya təşkil etdikləri bildirilir.

Bundan başqa, Kubanın paytaxtı Havanada keçirilən etiraz aksiyalarında Migel Dias-Kanelin də iştirak etdiyi qeyd olunur.

Venesuela ətrafında baş verən son hadisələr beynəlxalq miqyasda geniş rezonans doğurub və etiraz dalğasının digər ölkələrə də yayılacağı istisna edilmir.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR