İnsanlara hürriyət, millətlərə istiqlal!

AVRO-2024: Niderland Rumıniyanı böyük hesabla məğlub edib

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşü başa çatıb.

"Report" xəbər verir ki, Münhendəki "Alyans Arena"da keçirilən matç "narıncılar"ın böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Hesabı 20-ci dəqiqədə Qodi Qakpo açıb. 83 və 90+3-cü dəqiqələrdə fərqlənməklə dubl edən Doniell Malen yekun nəticəni müəyyənləşdirib.

1/4 finala yüksələn Niderland yığmasının rəqibi Avstriya - Türkiyə matçının qalibi olacaq.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşündə ikinci qol vurulub.

"Report" xəbər verir ki, "narıncılar" üstünlüklərini bir qədər də möhkəmləndiriblər. - 2:0.

83-cü dəqiqədə Doniell Malen fərqlənib.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşündə ilk hissə başa çatıb.

Musavat.com xəbər verir ki, "narıncılar" fasiləyə 1:0 hesablı üstünlüklə yollanıblar.

20-ci dəqiqədə Qodi Qakpo dəqiq zərbənin müəllifi olub.

***

20:21

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşümdə hesab açılıb.

"Narıncılar" 20-ci dəqiqədə hesabda önə çıxıblar.

Qodi Qakpo dəqiq zərbə müəllifi olub.

***

20:00

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşü başlayıb.

Qarşılaşma Münhendəki "Alyans Arena"da keçirilir.

Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2024

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR