İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində dünyanın ən nəhəng günəş elektrik stansiyası tikiləcək

Çinin China Three Gorges Renewables Group şirkəti 8 GVt gücündə unikal günəş elektrik stansiyası tikmək planlarını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Electrek məlumat yayıb.

Məlumata görə, layihənin ümumi dəyəri 11 milyard dollar təşkil edəcək. Günəş elektrik stansiyası Pekin-Tyanjin-Hebey bölgəsini enerji ilə təmin edəcək. Tikinti işlərinə bu ilin sentyabrında başlanmalı və 2027-ci ildə başa çatdırılmalıdır.

Müqayisə üçün qeyd edək ki, dünyanın üç ən böyük günəş elektrik stansiyasının gücü təxminən 3 GVt-dır və hamısı Çində yerləşir. Yeni günəş elektrik stansiyası Çinin şimalındakı Daxili Monqolustan bölgəsində tikiləcək və elektrik enerjisini ultra yüksək gərginlikli xətlər vasitəsilə ötürəcək.

8 GVt gücündə günəş elektrik stansiyasından əlavə, layihəyə 4 GVt gücündə külək ferması, 5 GVt gücündə bufer anbarı, 200 MVt günəş istilik enerjisi yığımı kompleksi və 4 GVt gücündə kömürlə işləyən elektrik stansiyasının tikintisi daxildir. Zavod China Three Gorges Renewables(56 faiz) və Inner Mongolia Energy Group (44 faiz) şirkətləri tərəfindən idarə olunacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR