İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞ PA-da daha bir anti-Azərbaycan müzakirə - Səhnədə Paşinyanın keçmiş dostudur...

Avropa Şurasının Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında Azərbaycan nümayəndə heyətinin iştirak etməməsi erməbi tərəfinin əl-qolunu açıb. Musavat.com xəbər verir ki, Ermənistan nümayəndə heyətindən olanlar ayrı-ayrı avropalı deputatlarla görüşdə anti-Azərbaycan hesabatlarla, məruzələrlə çıxış edir. Nümayəndə heyətində yer alan müxalifətdən Parlaq Ermənistan Partiyasının lideri Edmon Marukyan Strasburqda keçirilən sessiya çərçivəsində həmməruzəçilər Boriana Oberq və Fassinoya sülh prosesi haqda təhrif olunmuş məlumatlar çatdırıb.

Picture background

Marukyan jurnalistlərə açıqlayıb ki, xarici siyasət cəbhəsində Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub. Erməni siyasətçi avropalı həmməruzəçilərə bildirib ki, Azərbaycan maksimum nəticə əldə edərək yeni tələblər irəli sürməyə davam edir, o cümlədən Ermənistan Konstitusiyasında dəyişiklik edilməsini şərt qoyub: "Bu, süni maneə kimi təsvir edilib və məqsədi sülh müqaviləsinin imzalanmasına mane olmaq, Ermənistanı qeyri-müəyyənlik içində saxlamaqdır".

Bu çıxışı ilə Marukyan avropalıları inandırmaq istəyib ki, Bakı guya sülhə əngəl olur. Halbuki Azərbaycan qanunvericiliyə dəyişiklik etməyi yox, hazırkı konstitusiya aktından ölkəmizə qarşı ərazi iddialarını çıxarmağı tələb edir. Yəni konstitusiyada Ermənistanın qanunları ilə bağlı hər hansı islahat qarşı tərəfin daxili işidir. Azərbaycanın haqlı tələbi budur ki, Qarabağın Ermənistana birləşdirilməsi ideyası konstitusiyadan və Müstəqillik aktının preambula hissəsindən çıxarılsın. Marukyan yekun sülh sənədinin imzalanmasına əsl əngəlin nə olduğunu etiraf etmək istəməyib. Qeyd edək ki, AŞ PA nümayəndə heyətimizin səsvermə hüququnu əlindən alıb deyə Azərbaycan iştirakını dayandırıb.

Picture background

Məlumat üçün bildirək ki, Marukyan Paşinyanın sabiq silahdaşıdır. O, 2024-cü ildə  xüsusi səfir vəzifəsindən istefa verib. Marukyan iqtidarın Azərbaycanla “sülh strategiyasına” etiraz olaraq, xüsusi səfir vəzifəsini tərk etdiyini bildirib və az sonra yeni partiya yaradıb. O, Azərbaycana münasibətdə yetərincə sərt mövqeyi ilə tanınır. Marukyanın rusiyameylli olması haqda iddialar da var. Qismən “yumşaq müxalifət” təmsilçisi sayılan Marukyanın ölkədə ənənəvi radikal müxalifətin nüfuzu aşağı olması fonunda önə çıxması maraq doğurur.

 

Emil Salamoğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR