Onlayn ictimai-siyasi qəzet
Qocalığın qarşısının alınması istiqamətində aparılan elmi araşdırmalar yeni mərhələyə qədəm qoyub.
Musavat.com xəbər verir ki, “Immorta Bio” şirkəti qocalma ilə mübarizə üçün nəzərdə tutulan tam yeni peyvənd – “SenoVax” üzrə patent müraciəti təqdim edib. Peyvəndin məqsədi immun sisteminə yaşlanmış və zədələnmiş hüceyrələri tanımağı və onları məhv etməyi “öyrətməkdir”.
Yaşlanan hüceyrələr – gizli təhlükə
Tədqiqatçılar bildirir ki, orqanizmdə yaşla yığılan bu zədələnmiş hüceyrələr:
müxtəlif xəstəliklərin yaranmasını sürətləndirir,
bərpa proseslərini zəiflədir,
xərçəng hüceyrələrinin çoxalmasına şərait yaradır.
Sınaqlar ümidvericidir
Heyvanlar üzərində aparılan ilkin təcrübələr göstərib ki:
terapiya qocalma prosesini ləngidir,
müxtəlif növ şişlərin ölçüsünü azaldır.
Bununla belə, alimlər nəticələrin hələ ilkin mərhələdə olduğunu vurğulayırlar.
İnsan sınaqları başlayır
Məlumata görə, SenoVax-ın insanlar üzərində ilk testləri hazırlanma mərhələsindədir. Birinci mərhələ ağır dərəcəli ağciyər xərçənginin müalicəsinə yönələcək. Preparatın təhlükəsiz olduğu təsdiqlənərsə, qocalıqla əlaqəli xəstəliklərə qarşı da geniş sınaqların başlanacağı gözlənilir.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ